“Qarabağ” Ramil Şeydayevdən sonra daha bir sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır.
Ötən mövsüm “Zirə”nin heyətində çıxış edən Riçard Almeyda 2 illik fasilədən sonra yenidən Ağdam klubunun formasını geyinəcək. Maraqlıdır ki, buna qədər Almeyda iki ayrı müddətdə “Qarabağ”ın heyətində çıxış etmişdi. Azərbaycan millisinin heyətində 18 oyunda meydana çıxan Riçard ilk dəfə olaraq 2011-ci ildə “Jil Visente”dən “Qarabağ”a transfer olunmuşdu. 2018-ci ildə “Astana”ya transfer olunan yarımmüdafiəçi növbəti il yenidən Ağdam klubuna qayıtmışdı. 2020-ci ildə Azərbaycandan gedən braziliyalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda bir müddət çıxış etdikdən sonra “Zirə”nin təklifini qəbul etmişdi.